1758
11:12
16 May 2019

Valideynini itirən müğənnimiz AĞLADI: "Gün görməyən..." - VİDEO

Müğənni Kərim Abbasov bir neçə gün öncə dünyasını dəyişmiş atasından danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Səhər-səhər” verilişində atası barədə danışan zaman göz yaşlarını saxlaya bilməyib: “Bu dünyada özümü tanımağa, mənə hayan olan insanı itirdim. Hələ ki, onun ölümü mənə tam çatmır. Mən 1-ci, atam 2-ci mərtəbədə yaşayırdı. İndi 2-ci mərtəbəyə çıxıram, elə bilirəm ki, evdədi. Əslində atam 25 il idi ki, ürək xəstəsi idi. Son 1 il idi ki, evdən çölə çıxa bilmirdi. Ölümünə 15 gün qalmış isə ümumiyyətlə, yata bilmirdi. Elə bilirdi ki, ürəyindən imiş. İranda əməliyyat etdirdik, daha sonra orda dedilər ki, 2-ci dəfə əməliyyat etdirmək olmaz. Sən demə, ürəyindən yox, böyrəklərindən imiş. O, bir cücənin xətrinə dəyməyən insan idi. Yazıq atam, ömür-gün görməyən atam. Ölmədən öncə otağına getdim, dedim ki, ata, nə edə bilərəm? Dedi ki, nə edə bilərsən ki? Artıq əzrail qapıdadır”.