Türkiyə Prezidenti Azərbaycan Prezidentinə zəng etdi
15 may 2019 14:29 (UTC +04:00)

Türkiyə Prezidenti Azərbaycan Prezidentinə zəng etdi

 
Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına telefonla zəng edib.
 
ONA-nın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.
 
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.
 
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb.
 
Söhbət zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547

Oxşar yazılar