Bakıda Britaniya filmlərinin nümayişi olacaq
08 may 2019 18:04 (UTC +04:00)

Bakıda Britaniya filmlərinin nümayişi olacaq

Britaniyanın Azərbaycandakı səfirliyi və "Park Cinema"nın dəstəyi ilə British Council Bakıda beşinci Britaniya filmləri həftəsi keçirəcək.

 

Lent.az-ın  məlumatına görə, mayın 17-də başlanan film həftəsi mayın 24-dək davam edəcək. Bu günlər ərzində Alov Qüllələrində Britaniya istehsalı olan 7 film nümayiş olunacaq.

 

Bu filmlərin arasında "Dark River", "Obey", "The Happy Prince", "Disobedience", "On Chesil Beach", "Colette" və həmçinin 2019-cu ildə “ən yaxşı şəkil” üzrə Oskara namizəd göstərilmiş “The Favourite” filmləri də var.

# 1791
avatar

Oxşar yazılar