
Obyektlərin tikintisinə icazələr hansı prinsip əsasında veriləcək?
Yaxın gələcəkdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalı vasitəsilə ekspertizası tələb olunan obyektlərin tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələrin verilməsi planlaşdırılır. ONA-nın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 2019-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında çıxış edən Komitənin sədri Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet portalında fəaliyyət göstərən yeni elektron müraciət sistemi şəhərsalma qanunvericiliyi ilə ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikililər və anbarların tikintisinə və istismarına icazələrin alınması prosesinin əlavə vaxt itirilmədən, sürətli, rahat və şəffaf formada icrasına şərait yaradıb. Nəticədə məmur-sahibkar ünsiyyəti minimuma endirilib, iş adamlarının vaxtına və xərclərinə əhəmiyyətli şəkildə qənaət etmək imkanı təmin edilib: “Bu günə artıq elektron müraciət sistemi vasitəsi ilə onlarla tikinti obyektinin sifarişçilərinin müvafiq icazələrin alınması üçün “bir pəncərə” prinsipi əsasında elektron formada müraciəti emal edilib, icazələr elektron qaydada verilib. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər”.
Komitə sədri onu da bildirib ki, cari ildə təkmilləşdirilmə işlərinin aparılması, tikintiyə icazə üçün elektron müraciət sisteminin təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə xidmət göstərməsi nəzərdə tutulur.
“Ötən müddət ərzində Komitənin aparatında və tabe qurumlarında bu məqsədlə müxtəlif təlimlər keçirilmiş, habelə mərhələli şəkildə respublikanın rayonlarının Baş memarları ilə görüşlər təşkil olunmuşdur. Maarifləndirmə və təlimatlandırma tədbirləri bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, yaxın gələcəkdə bu elektron portal vasitəsilə, həmçinin, ekspertizası tələb olunan obyektlərin də tikintisinə və istismarına “bir pəncərə” prinsipi əsasında elektron icazələrin verilməsi planlaşdırılır”, - deyə S. Nuriyev qeyd edib.
Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30