5142
17:37
30 Aprel 2019

Mahir Mədətov boşanan atasına mesaj göndərdi: "Uşaqlarına edəcəyi..."

Azərbaycan milli komandasının və "Qarabağ" futbol komandasının üzvü Mahir Mədətov atası Anar Mədətovun boşanma xəbərinə münasibət bildirib.

Lent.az -ın məlumatına görə, o "İnstaqram" vasitəsi ilə atasına mesaj göndərib: “Bir atanın uşaqlarına edəcəyi ən böyük yaxşılıq onların analarını sevməsidir”.

Anar Mədətovun xanımı Elnurə Mədətova da paylaşım edib: “Maya xarabdırsa, nə ar tanıyar, nə də həya”, “Kişi əgər qoyundursa, onun yanında şirin fırlanmasının əhəmiyyəti yoxdur, onsuz da o, qoyuna baxacaq”, “Mən köhnələri qısqanmıram. Anam uşaqlıqdan mənə köhnə oyuncaqlarımı uğursuz insanlara verməyimi öyrədib” .

Qeyd edək ki, Anar Mədətov Elnurə Mədətova ilə boşanma ərəfəsindədir. Onun evlənəcəyi xanımın da kimliyi artıq bəllidir.