
Tünzalə Ağayeva səfir seçildi
Belarusun Azərbaycandakı səfirliyində əməkdar artist Tünzalə Ağayevaya “II Avropa Oyunlarının ulduz səfiri” sertifikatı təqdim edilib.
ONA-nın məlumatına görə, sertifikatı Belarusun Azərbaycandakı səfiri Qennadiy Axramoviç təqdim edib. Səfir bildirib ki, Tünzalə Ağayeva bu sahədə böyük təcrübəyə malikdir və o, Belarusda da çox sevilir. G. Axramoviçin sözlərinə görə, Belarus II Avropa Oyunlarına çox fəal şəkildə hazırlaşır. Səfir qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarını çox yüksək səviyyədə keçirib və bu səbəbdən də Belarus tədbirin keçirilməsinə daha məsuliyyətlə yanaşır.
Səfir hər kəsi iyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarına dəvət edib.
Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32