651
10:59
30 Aprel 2019

Xalq artistinə ağır itki

Xalq artisti Azər Zeynalovun anası Elmira xanım vəfat edib.

Lent.az -ın məlumatına görə, bu barədə müğənninin dostları xəbər yayıblar.

Qeyd edək ki, Elmira xanım vaxtilə Azərbaycan Dövlət Televiziyası Təbliğat Baş Redaksiyasının şöbə müdiri işləmiş, hazırda "Azərbaycan" qəzetinin redaktor müavini olan Zeynal Vəfanın həyat yoldaşıdır.