4125
18:49
25 Aprel 2019

"Nazpəri "”vurulan”da onu mən..." - Xoşqədəm cavab verdi

Aparıcı Xoşqədəm Hidayətqızı ona ünvanlanan tənqidlərə cavab verib.

Lent.az -ın məlumatına görə, aparıcı “Səni axtarıram” verilişində onu tənqid edənlərə bu cür reaksiya verib: “Mən sizin düşməniniz deyiləm. İlhamə Quliyevanın qılıncının sağı-solu kəsəndə, Nazpəri "”vurulan”da onu mən müdaifə etmişəm.

İşçilərimə tapşırmışam ki, həftənin neçə günü vaxtı varsa, efirə çağırın. İlhamə xanım mənə deyib Flora Kərimovanı çağırma, demişəm ki, ilk efirimə Flora gələcək.

Səidə Sultan vurulanda onu efirimdə olmasa da, qəzetimdə müdafiə etmişəm. Mənə yaxın jurnalistlərə demişəm ki, onu müdafiə edin. Mən haqq və ədalətin tərəfindəyəm”.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı ötən gün efirində Sevda Yahyavevanın atalığı olduğu şəxsi çıxarandan sonra sosial şəbəkədə tənqid edilmişdi.