738
14:37
22 Aprel 2019

Rəqqasə Fatimənin başına 5 min pul səpdilər

Rəqqasə Fatimə Fətəliyeva toyda başına gələn hadisədən danışıb. Lent.az -ın məlumatına görə, rəqqasə “Hər şey daxil” verilişində bildirib ki, Moskvada el məclisində başına pul səpiblər:

“Nazənin xanım (müğənni – red.) məni Moskvada yəhudilərin toyuna aparmışdı. İfa edən zaman yəhudilər başıma pullar tökürdülər. O pullar yığılıb, mənə təqdim ediləndə yanımda olan başqa bir xanım müğənniəlimdən almaq istəyirdi. Adını çəkməyəcəm, amma 5 mindən çox pul var idi. Nazənin xanım imkan vermədi, dedi ki, o pul Fatimənin haqqıdır”.