![[b]Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya ləğv olundu[/b]](https://lent.az/storage/news/2019/april/15/big/4e38cfd732bf31f0514d0d91fdc77eac.png)
[b]Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya ləğv olundu[/b]
0
0
Prezident İlham Əliyev “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanının ləğvi haqqında fərman imzalayıb.
Lent.az-ın Azərtaca istinadən verdiyi məlumatına görə, Fərmanda qeyd edilir ki, “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 sentyabr tarixli 128 nömrəli Fərmanı ləğv edilsin.
0
0