![[b]İran Qızıl Aypara Cəmiyyətinin sədrindən Azərbaycan Prezidentinə <span style="color:red;">TƏŞƏKKÜR [/b]](https://lent.az/storage/news/2019/april/13/big/707c1d15175a9a11fbbc9feacfe2cf29.jpg)
[b]İran Qızıl Aypara Cəmiyyətinin sədrindən Azərbaycan Prezidentinə TƏŞƏKKÜR[/b]
İran Qızıl Aypara Cəmiyyətinin sədri Əli Əsğər Peyvəndi Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına bu ölkənin dağıdıcı seldən əziyyət çəkən xalqına göndərdiyi humanitar yardımlara görə təşəkkür edib.
ONA-nın Tehran bürosunun müxbirinə ekskluziv açıqlama verən Əli Əsğər Peyvəndi bildirib ki, bu addım iki xalqın qonşuluq və dostluğunun, eləcədə Azərbaycanın İranın dərdinə şərik olmasının göstəricisidir. İki ölkə həmişə bir-birinin yardımına tələsir”.
O bildirib ki, Azərbaycan Respublikası tərəfindən yardım məhsulları ilə dolu 17 yük maşını İrana təhvil verilib: “Bu, nəzərəçarpacaq qədər yardım deməkdir. Hazırda Azərbaycandan göndərilən humanitar yardımlar Lorestan və Gülüstan əyalətlərinə göndərilir“.
İran Qızl Aypara Cəmiyyətinin sədri qeyd edib ki, son günlər baş verən dağıdıcı sel ölkənin 31 əyalətinə ziyan vurub. İndiyədək 80 nəfər həyatını itirib: “Hazırda bütün gücümüzlə seldən əziyyət çəkənlərə yardım etməyə çalışırıq. Bəzi bölgələrdə hələ də sel və daşqınlar baş verir. ABŞ-ın sanksiyasına görə indiyədək edilmiş yardımlardan bir dollar belə nağd vəsait əldə edə bilməmişik. Müxtəlif ölkələrdən edilən yardımlar yalnız humanitar yardımlardır və nağd vəsait olmayıb. Hazırda nağd yardımların əldə olunmasında yaranmış problemin həlli ilə bağlı müzakirə aparırıq”.
Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29