834
12:49
12 Aprel 2019

Brilliant Dadaşova İlhamə Quliyeva barədə danışdı: "Ailəli qadınam..."

Xalq artisti Brilliant Dadaşova "Hər şey daxil" verilişində qonaq olub.

Lent.az -ın məlumatına görə, ifaçı verilişdə mərhum xalq artisti İlhamə Quliyeva barədə danışıb:

"İlhamə Quliyeva üçün ürəyim gedirdi. Uşaqlıqda oturub heyranlıqla ona baxırdım. Bacılarım filmə baxmaq istəyirdi, mənimlə dava edirdilər, amma qoymurdum, ancaq İlhamə Quliyeva olan efirləri izləyirdim.

Böyüdüm, onu verilişlərimə çağırdım, burdan onu tərifləyirdim, ordan İlhamə gedib sədrə deyirdi ki, bağla verilişini. Ailəli qadınam, suyu üfürə-üfürə içirəm".