615
14:37
11 Aprel 2019

Prezident məşhur rejissora mənzil hədiyyə etdi

Prezident İlham Əliyev aktyor və rejissor Əbdül Mahmudbəyova mənzil hədiyyə edib.

Bu barədə Lent.az -a aktyor özü məlumat verib.

“Bu günlərdə cənab Prezident İlham Əliyev mədəniyyət sahəsində xidmətlərimə görə mənə 3 otaqlı mənzil hədiyyə etdi. Özüm müraciət etmişdim ona, çünki mənim mənzil problemim vardı. Rəhmətlik Adil İsgəndərovun təşəbbüsü ilə o vaxt mənə verilən mənzil artıq ömrünü başa vurmuşdu və sökülən ərazidə olduğundan naəlac vəziyyətə düşmüşdüm. Mənzil Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşir”.

Ə.Mahmudbəyov diqqətinə görə Prezidentə təşəkkürünü bildirib: “Bu, mənim yaradıcılığıma verilən böyük qiymətdir. Bu ev mənə təkcə böyük hədiyyə deyil, həm də stimul oldu”, - deyə aktyor əlavə edib.