694
11:55
11 Aprel 2019

Tacir atasının və qardaşının ölümündən danışdı: "Yasa gələnlər məni ağladı"

Müğənni Tacir Şahmalıoğlu “Boş anlar” verilişində atasının və qardaşının ölümündən danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı əzizlərinin vəfatından söz açarkən bu sözləri deyib: “Atam 1997-ci ildə Ağcabədi rayonunda avtomobil qəzasında dünyasını dəyişdi. İnsanın cibindən dəmir parçası itəndə axtarır. Valideynlərimizi itirdiyimizə görün necə yanırıq. Amma yaxşı ki, videolarımız, şəkillərimiz var. Bəzən evdə keçmiş şəkillərə baxıb xəyala dalıram. Ölüm haqdır, hamımız öləcəyik. Atam tarzən olub. Vaxtsız ölüm adamı yandırır. Atam öləndən 7 gün sonra onun yoxluğunu hiss etdim. Mənim qardaşım da dünyasını dəyişdi. Onun yasında məni görənlər məni ağladılar. Pis gündə idim. Bir güzgü olsaydı, özümə baxardım. Amma ki, insan öləndə güzgünü bağlayırlar”.