![[b]Cocuq Mərcanlının 71 yaşlı sakinindən erməni analara ÇAĞIRIŞ[/b]](https://lent.az/storage/news/2019/april/02/big/3043404a921cc6df54ad2b7410d3b92c.jpg)
[b]Cocuq Mərcanlının 71 yaşlı sakinindən erməni analara ÇAĞIRIŞ[/b]
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakini Güllü Aslanova erməni analarına çağırış edib.
71 yaşlı Güllü Aslanova ONA-nın Qarabağ müxbirinə açıqlamasında bildirib ki, erməni anaları bilə-bilə öz övladlarının ölümünə səbəb olur.
“Əgər erməni anaları oğlanlarının tabutunu görmək istəmirlərsə, hərbçi övladlarını Dağlıq Qarabağdan geri çağırsınlar. Çünki Azərbaycanın Ali Baş Komandanı hər an əmr verə bilər, hər an onların övladlarının olduğu səngərlər gülləbaran edilə bilər. Bu səbəbdən oğullarını Qarabağa göndərməsinlər”.
Güllü Aslanova deyir ki, 25 il ata-baba yurdunun həsrəti ilə yaşayıb: “Ən böyük arzum canımı Cocuq Mərcanlıda tapşırmaq olub”.
G.Aslanova uzun illərdən sonra Cocuq Mərcanlıya tək qayıdıb. 6 uşaq anası övladlarının təkidinə baxmayaraq, Bakıda onlarla qalmayıb. Kəndin bərpa olunduğunu eşidən kimi öz doğma yurduna qayıdıb: “Uşaqların hamısı ali təhsillidir, hərəsi də öz işində, gücündə. Mən bu torpaqdan çıxdığım gündən geri qayıdacağım günün xəyalı ilə yaşamışam”.
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16