319
17:51
01 Aprel 2019

Sabiq baş məşqçi klubsuz qalıb

İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklaren yenidən işsiz qalıb.
ONA -nın məlumatına görə, tanınmış mütəxəssis İngiltərənin “Kuins Park Reyncers” klubunun çalışdırıcısı postundan kənarlaşdırılıb.
2018-ci ilin mayında London təmsilçisi ilə 2 illik müqavilə imzalayan S.Maklaren bu müddəti yarılamağa müyəssər olmayıb. Onun yetirmələri Çempionşipdə uğursuz çıxış etdiyindən mütəxəssislə yollar ayrılıb.
KPR S.Maklarenin rəhbərliyi altında 16 qələbə qazanıb, 9 heç-heçə edib və 21 dəfə uduzub. Hazırda paytaxt təmsilçisi 17-ci pillədə qərarlaşıb