
Məzahir Pənahov Ukraynadakı prezident seçkilərindən danışdı
Ukraynada prezident seçkiləri ölkə qanunvericiliyinin tələblərinə uyğun keçirilir. Seçkilər yüksək səviyyədə təşkil olunub, seçki məntəqələrində sakitlik hökm sürür və seçicilər sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edirlər.
Bu fikri Ukraynada seçkiləri müşahidə edən Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.
“Bütün səviyyələrdə seçkilərin hazırlanması və keçirilməsində seçki komissiyalarının peşəkarlığı hiss olunur”, - deyə MSK sədri əlavə edib.
Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün ən vacib şərtlərdən olan sabitlik mövcuddur.
Qeyd edək ki, Ukraynada 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd edilib.
(AZƏRTAC)
Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29