![[b]Qarabağda Aprel şəhidlərinin adına ağaclar əkilib - FOTOSESSİYA[/b]](https://lent.az/storage/news/2019/march/31/big/4177b39756d8f964a0259170ec692fff.jpg)
[b]Qarabağda Aprel şəhidlərinin adına ağaclar əkilib - FOTOSESSİYA[/b]
Tərtərdə Aprel şəhidlərinin hər birinin adına ağac əkilib.
ONA-nın Qarabağ bürosunun xəbərinə görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Tərtər rayon İcra hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə aprel döyüşlərində şəhid olan hərbçilərin ailələri və qazilər iştirak edib.
Keçmiş Ağdərə rayonunun Şıxarx qəsəbəsində keçirilən aksiyada, Aprel hadisələrində rayonun Talış istiqamətində gedən döyüşlərdə şəhid olan Vətən oğullarının hər birinin adına bir ağac əkilib və qarşısına şəhidin adını daşıdığı barədə məlumat lövhəsi vurulub. Ağaclar ay-ulduz formasında əkilib.
Daha sonra Məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsində şəhidlərin adına ehsan süfrəsi açılıb.
Tədbirdə iştirak edən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsi sədrinin müavini Sabir Əhmədov bildirib ki, Aprel şəhidlərinin ildönümü ərəfəsində keçirilən aksiya ötən gün də Qoşunların təmas xəttinin Cəbrayıl rayonu istiqamətində, Lələ Təpə yüksəkliyi uğrunda şəhid olanların adına ağac əkilib.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23