Seçki məntəqəsində SİLAHLI İNSİDENT: 2 ölü
Türkiyədə seçki günü silahlar partlayıb. Lent.az Türkiyə mətbuatına istinadən bildirir ki, Malatyanın Pötürge bölgəsində səs vermə zamanı dava çıxıb. Bu zaman 2 insan tapanca ilə vurularaq həyatını itirib.
Hadisə saat 10.30 radələrində baş verib. Seçki mətəqəsində iki qrub arasında güclü dava çıxdığı bildirilir. Davanın daha da böyüməməsi üçün ciddi tədbirlər görülür.
Qeyd edək ki, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.
1388