591
17:58
30 Mart 2019

Messi ən yaxşı qolunu açıqladı - VİDEO

"Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubunun heyətindəki ən yaxşı qolunu açıqlayıb.
Lent.az "qol.az"a istinadən bildirir ki, argentinalı superulduz 2010-2011 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"ın qapısına vurduğu topu digərlərindən üstün tutub.
Həmin qol kataloniyalı azarkeşlər arasında keçirilən səsvermədə 3-cü olub. Fanatlar Messinin 2006-2007 mövsümündə İspaniya kubokunun yarımfinalında "Xetafe"yə vurduğu qolu isə ən yaxşı seçiblər.