![[b]Mədət Quliyev: “Rəqib xarici xüsusi xidmət orqanları fəallaşır”[/b]](https://lent.az/storage/news/2019/march/28/big/7100294969ab0b61c2ee07d33745a495.jpg)
[b]Mədət Quliyev: “Rəqib xarici xüsusi xidmət orqanları fəallaşır”[/b]
"Azərbaycanın qazandığı uğurlarını və bu nailiyyətləri gözü götürməyən düşmən və rəqib xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin ölkəmizin maraqlarına qarşı fəallaşması ilə müşayiət olunur".
ONA-nın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev rəsmi mətbuatda dərc edilən "Müstəqil Azərbaycana xidmət və dövlətin təhlükəsizliyini qorumaq əsas vəzifədir" başlıqlı məqaləsində yazıb.
M. Quliyev qeyd edib ki, bu gün sürətli elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi, informasiya və kommunikasiya texnologiyalarının inkişaf etməsi qlobal informasiya mühitinin yaranmasına, mövcud sərhəd və maneələrin şəffaflaşmasına, əmtəələrin sərbəst beynəlxalq dövriyyəsinə, insanların azad yerdəyişməsinə gətirib çıxarıb: “Eyni zamanda, bu tendensiya müasir dünyanı beynəlxalq terrorçuluğun, transmilli mütəşəkkil cinayətkarlığın, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsinin, qeyri-qanuni miqrasiyanın doğurduğu yeni təhdidlərlə üzləşdirmiş və hər bir dövlət qarşısında təhlükəli təzahürlərin qarşısının alınması üçün zəruri olan milli təhlükəsizlik sisteminin daha da təkmilləşdirilməsi vəzifələrini qoymuşdur. Dövlət Təhlükəsizliyi Xidməti həmin cinayətkar niyyətlər, planlar və əməllər barədə məlumatları əldə edir, milli təhlükəsizliyə real və potensial təhdidləri proqnozlaşdırır, xarici xüsusi xidmət orqanlarının və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyinə, iqtisadi, elmi-texniki, müdafiə potensialına və sair milli maraqlarına zərər vurulmasına yönəlmiş kəşfiyyat, terror-təxribat, digər pozuculuq və cinayətkar fəaliyyətinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədilə tədbirlər görür. Azərbaycan siyasi, dini və digər motivlərdən asılı olmayaraq, terrorun bütün forma və təzahürlərinə qarşı birmənalı barışmaz mövqe tutur. Ümumən, terror-təxribat və digər təhlükəli cinayətlərin qarşısının alınması üzrə respublikanın hüquq mühafizə orqanları ilə görülən birgə səylər də bu istiqamətdə mühüm rol oynayır”.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48