671
17:11
28 Mart 2019

Nazir: "Təqaüd artımları 400 milyon manatlıq maliyyə xərci tələb edir"

Bir sıra təqaüdün artırılması ilə bağlı normativ-hüquqi aktlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
ONA -nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazirin sözlərinə görə, yaxın günlərdə sözügedən normativ-hüquqi aktların imzalanması gözlənilir ki, artıq aprel ayında vətəndaşlar ödənişlərini artımlarla birgə alınması nəzərdə tutulur.
"Ölkə başçısının müvafiq sərəncamı ilə 14 növ sosial müavinətin, 7 növ prezident təqaüdünün məbləğlərinin artırılması, 2 növ isə yeni prezident təqaüdünün təqdim edilməsinə dair tapşırıq verilib. Qeyd edim ki, artımlar 600 min insanı əhatə edəcək ki, onlarında 300 mindən çoxu əlilliyi olan şəxslərdir. Ümumilikdə, artımlar 400 milyon manatlıq maliyyə xərci tələb edir, bu da əlilliyi olan şəxslərin, müharibə veteranlarının və xüsusi kateqoriyaya aid olan digər şəxslərin gəlirlərinin ciddi şəkildə artmasına səbəb olacaq. Düşünürəm ki, artıq bu ayın ödənişlərini onlar artımlarla ala biləcəklər, bu sahədə hər hansı bir çətinliyimiz olmayacaq", - deyə nazir bildirib.