376
19:28
22 Mart 2019

"Sarı jiletlilər"ə atəş açılacaq - Baş nazir bəyan etdi

Fransanın baş naziri Bruno Leray təhlükəsizlik qüvvələrinin həyatına təhlükə yaradılacağı təqdirdə atəş açılacağını bəyan edib.
Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, o, həftəsonu paytaxt Parisdə “sarı jiletlilər”in təşkil nümayiş edəcəyi nümayişdə asayişi bərpa etmək məqsədilə ordunun polisə dəstək olacağını söyləyib.
Leray təhlükəsizlik qüvvələrinə "əgər onlar həyatları təhlükə altında olarsa, atəş aça bilərlər" deyə bəyan edib.
Fransız polisi də sabah “sarı jiletlilər”in aksiyasına icazə verilməyəcəyini və nümayişçilərin qarşısının alınacağını bildirib.
Qeyd edək ki, Fransada “sarı jiletlilər” keçən həftə də Prezident Emmanuel Makronun siyasətinə etiraz edərək, yenidən küçəyə çıxmışdı. Polis isə Parisdə nümayişçilərə bibər qazı və təzyiqli su ilə müdaxilə etmişdi.
Aksiya nəticəsində ötən həftə 192 nəfər saxlanılıb, 17 polis və 42 nümayyiş iştirakçısı yaralanıb.
Ümumiyyətlə, Fransada 4 aydır davam edən aksiyalarda 11 nəfər həyatını itirib, 2 mindən çox adam yaralanıb, 8 min 400-dən çox adam nəzarətə alınıb və 2 minə yaxın adam həbs edilib.