![[b]Əmlak sahiblərinə YENİ QAYDADA ÇIXARIŞ veriləcək[/b]](https://lent.az/storage/news/2019/march/18/big/75497c3a4eea256aac47bc5f027e812b.jpg)
[b]Əmlak sahiblərinə YENİ QAYDADA ÇIXARIŞ veriləcək[/b]
Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış (kupça) sahibinin elektron poçt ünvanına göndəriləcək.
ONA-nın məlumatına görə, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna görə, hüquq sahibinin istəyi ilə çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur. Dəyişikliyə əsasən, çıxarış hüquq sahibinin istəyindən asılı olaraq elektron imza ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdiriləcək, yaxud digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsi ilə) hüquq sahibinə göndəriləcək.
Qanun layihəsi Milli Məclisin martın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06