“Prezident bir çox ailələrə sonsuz sevinc bəxş etdi” – <span style="color:red;">Millət vəkili
17 mart 2019 10:49 (UTC +04:00)

“Prezident bir çox ailələrə sonsuz sevinc bəxş etdi” – Millət vəkili

“Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı böyük rezonansa, sevincə səbəb olub”. 
 
Bu fikirləri Lent.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
 
Millət vəkili qeyd edir ki, Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsiplərinin əsas götürüldüyü qeyd edilib:
 
“Bu sərəncam bir daha Azərbaycan dövlətinin humanizm siyasətinə üstünlük verdiyini göstərir. Sərəncam ümumilikdə, 431 nəfərə şamil olunub. Prezident İlham Əliyevin bu əfv sərəncamı Novruz bayramı ərəfəsində qohum-əqrəbası həbsdə olan bir çox ailələrə sonsuz sevinc bəxş etdi. Müxtəlif səbəblərdən azadlıqdan məhrum edilərək həbsə alınan və artıq cəzalarının müəyyən bir hissəsini çəkən, eyni zamanda, islah olunma istiqamətində müsbət nəticələr əldə edən azad cəmiyyətə qovuşdular və şübhə yoxdur ki, onlar ictimai həyatda öz yerlərini tutacaqlar. Bu, həmin insanlara bundan sonra həyatda öz yollarını düzgün seçməklə bağlı verilmiş çox gözəl şansdır. Belə bir şansın verilməsi dövlətimizin humanizm siyasətinin mahiyyətindən və məzmunundan doğur. Əfv sərəncamının bayram ərəfəsində imzalanması isə xüsusilə gözəl ovqat yaradır. Çünki həm əfvə düşən insanlar, həm də onların ailə üzvləri və yaxın qohumları bayramı daha yüksək əhvali-ruhiyyədə qeyd edirlər. “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam”-prinsipinə sadiq qalan Prezident 2003-cü ildən bu günə qədər qəbul etdiyi hər bir qərarda, imzaladığı sənədlərdə Azərbaycan Prezidentinin siyasi iradəsinin şahidi oluruq”.
 
A.Hüseynov onu da qeyd edir ki, cari ilin əvvəllərindən sosial sahədə mühüm fərman və sərəncamların, eləcə də bu gün 431 nəfərin əfv edilməsi ilə bağlı Sərəncamın imzalanması dövlətimizin başçısının öz fəaliyyətində ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığını göstərir:
 
“Prezident İlham Əliyevin indiyədək imzaladığı 34-cü, ümumiyyətlə isə Azərbaycanda sayca 65-ci əfv sərəncamıdır. Ölkəmizdə indiyədək imzalanan əfv sərəncamları ümumilikdə 8 minə yaxın şəxsi əhatə edib. Dövlət başçısının ötən müddətdə qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi eyni zamanda onun yüksək humanizminin ifadəsidir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları da bunu açıq etiraf edir, cənab İlham Əliyevin insanpərvər dövlət başçısı olduğunu bildirirlər. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907

Oxşar yazılar