![[b]Tilki Bakıya gəlir[/b]](https://lent.az/storage/news/2019/march/15/big/f10b2375a2335802ebbf5ba7d03cf04c.jpg)
[b]Tilki Bakıya gəlir[/b]
0
0
Martın 23-də Qoşa Qala meydanında Türkiyənin gənc estrada ulduzu Aleyna Tilki konsert proqramı ilə çıxış edəcək.
ONA xəbər verir ki, konsert proqramı 20-26 mart tarixlərində “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində keçirilən ənənəvi "Bahar qalası" festivalı çərçivəsində baş tutacaq.
Festival ərzində hər gün saat 12:00-dan axşam saat 18:00-a qədər konsert proqramı davam edəcək.
Tamaşaçılara həm milli, həm də digər xalqların nümayəndələrinin ifasında Novruz ənənəsinə sadiq olaraq bir-birindən fərqli rəqslər və nəğmələr təqdim edəiləcək, estrada ulduzlarının ifasında mahnılar səslənəcək.
Qeyd edək ki, Aleyna Tilkinin konsert proqramı saat 17:00-da başlayacaq.
0
0