Növbəti zəvvar qrupu Ümrəyə gedib
11 mart 2019 15:07 (UTC +04:00)

Növbəti zəvvar qrupu Ümrəyə gedib

Azərbaycandan növbəti 21 nəfərlik zəvvar qrupu Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərinə yola düşüb. Bu barədə Lent.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Verilən məlumata görə, zəvvarlar martın 14-də qayıdacaqlar.

Qeyd edək ki, QMİ xətti ilə Ümrə ziyarətinə gedənlər üçün ən ucuz paket 1100 dollar, ən bahalısı isə 1500 dollardır.

Qiymətlərin fərqli olması xidmət səviyyəsi ilə bağlıdır. 

# 487
avatar

Aygün İbrahimli

Oxşar yazılar