![[b]Problemli kreditlərlə bağlı kompensasiya necə ödəniləcək?[/b]](https://lent.az/storage/news/2019/march/06/big/ca42bcd6db9dd58b0dda3c15eab86d50.jpg)
[b]Problemli kreditlərlə bağlı kompensasiya necə ödəniləcək?[/b]
0
0
“Azərbaycan Prezidenti İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanın əhatə dairəsinə düşən vətəndaşlara ödəniləcək kompensasiya onların kart hesablarına köçürüləcək”.
ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
İcraçı direktor vurğulayıb ki, vətəndaşların kompensasiyanı almaq üçün banklara getməsinə ehtiyac qalmayacaq: “Hazırda biz bu mexanizmin üzərində çalışırıq. Kompensasiyaların vətəndaşlara əlçatan, sadə üsulla ödənilməsi təmin ediləcək”.
0
0