![[b]“Ermənistanın yeni rəhbərliyi sülh prosesinə zərər verir” - Nazir[/b]](https://lent.az/storage/news/2019/march/05/big/a281c2e20a695279329cd0676b0da87e.jpg)
[b]“Ermənistanın yeni rəhbərliyi sülh prosesinə zərər verir” - Nazir[/b]
Xarici işlər naziri Elmar Məmmədyarov ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə ölkəmizdə səfərdə olan İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanqı qəbul edib.
Xarici İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, Kristina Marti Lanq Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin məhsuldar keçirildiyini bildirib. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığını qeyd edən xanım K.M.Lanq Azərbaycanla İsveçrə arasında olan bu əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində müzakirələrin edildiyini vurğulayıb.
Elmar Məmmədyarov qarşı tərəfə bölgədə təhlükəsizliyə əsas hədə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə ətraflı məlumat verib. Ermənistan siyasi rəhbərliyinin son bəyanatlarının danışıqlar prosesinə ciddi xələl gətirdiyi vurğulanıb. Ermənistanın yeni rəhbərliyinin münaqişənin həllinin bölgəyə və konkret olaraq Ermənistan əhalisinə gətirəcəyi faydanı, rifahı düşünmək əvəzinə, əsassız bəyanatlarla sülh prosesinə zərər verdiyi İsveçrə rəsmisinin diqqətinə çatdırılıb.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair geniş müzakirələr aparıb.
Oxşar yazılar
Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07