669
15:15
05 Mart 2019

Nura Suri - "Ağladım" - VİDEO

Müğənni Nura Suri “Ağladım” adlı yeni klipini təqdim edib.

Lent.az xəbər verir ki, musiqisi və sözləri meyxanaçı Ceyhun Ərkivanlıya aid olan mahnını Hüseyn ekranlaşdırıb.

Çəkilişi bir günə yekunlaşan ekran işində modelyer Gülya Vəkilovanın geyimlərindən istifadə olunub.

Bu dəfə klipdə müğənninin partnyoru Şuşa Teatrının aktyoru Türkay Cəfərli olub.

Qeyd edək ki, müğənninin tərzi üzərində Syama Rəsulova, Telman Heybətov və Babək Qədirov çalışıb.

Ekran işinin çəkilişləri zamanı Suri fotosessiya da etdirib. O, fotoqraf Məhəbbət Nəsirovun obyektivi qarşısına keçərək pozlar verib.