
Elmar Məmmədyarov surinamlı həmkarı ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının Abu-Dabidə keçirilən 46-ci sessiyası çərçivəsində Surinam Respublikasının xarici işlər naziri Yldiz Pollak Beigle ilə görüşüb. Bu barərə Lent.az-a XİN-dən verilən məlumatda bildirilir.
Xəbərə görə, Elmar Məmmədyarov qarşı tərəflə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Avropa və digər ölkələr Qrupunun yaradılması, eləcə də Surinam Respublikasının bu qrupa daxil edilməsi məsələsi ətrafında fikir mübadiləsi aparıb.
Daha sonra Azərbaycanla Surinam arasında diplomatik əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edən Elmar Məmmədyarov Azərbaycan Respublikası və Surinam Respublikası arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş layihəsinin imzalanmağa hazır olduğunu qeyd edib. Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu bildirib.
Surinam naziri ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı və bu xüsusda tərəflər arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd etdi. Xanım Nazir Azərbaycanlı həmkarını Qoşulmama Hərəkatının sədri qismində Surinama dəvət edib.
Görüş zamanı, həmçinin Azərbaycan Surinam arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə olunub.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23