200
11:05
28 Fevral 2019

İsmayıl Berdiyev “Dostluq” ordeni ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev İsmayıl Berdiyevə “Dostluq” ordeni təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Lent.az -ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Berdiyev İsmayıl Aliyeviç “Dostluq” ordeni ilə təltif edilib.