332
13:07
26 Fevral 2019

Tanınmış müğənni məhkəməlik oldu – Vergidən yayınır

Tanınmış müğənni Şakira məhkəmə qarşısına çıxarılacaq. Lent.az -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, buna səbəb kimi, müğənninin İspaniyada vergidən yayındığı iddia edilir. Bu barədə Barselonadakı Esplugues və Llobregat məhkəmələri məlumat yayıb.

Bildirilib ki, sənətçi 12 iyun tarixində ifadə vermək üçün məhkəməyə çağırılıb. İddialara görə, Şakira 14,5 milyon dollar miqdarında gəlir və əmlak vergisini ödəməyib. Bu səbəbdən İspaniya Baş Prokurorluğu müğənni haqqında cinayət işi açıb.

Məlumat üçün bildirək ki, İspaniyada 6 aydan çox yaşayan şəxslər avtomatik olaraq vergi ödəyiciləri olurlar.

Qeyd edək ki, 2011-ci ildən İspaniyada yaşayır.