286
09:51
25 Fevral 2019

Tanınmış müğənnimiz oğlu ilə küsülüdür – “Sevgilisinə görə...”

Müğənni Nura Suri “Atv maqazin onlarla” proqramında “33 sual” rubrikasının qonağı olub.

Lent.az -ın məlumatına görə, ifaçı veriliş zamanı maraqlı etiraflar edib. O bildirib ki, oğlunun sevgili seçimindən razı deyil. Buna görə də övladı ilə danışmır. “Ürəyim istəyən gəlin olsa, qayınana olmağa hazır olardım. Hazırda oğlumla danışmıram. Çünki sevgilisi mənim seçimim deyil. Onun yerinə seçim edəsi deyiləm, sadəcə övladlarımdan xahiş etmişdim ki, özünüzə sevgili, həyat yoldaşı seçəndə, eləsini seçin ki, əməyim yerə dəyməsin. O qızın oğluma münasibətini qəbul edə bilmirəm. Mən oğluma qarşı başqa münasibət gözləyirdim”.

Qeyd edək ki, N.Surinin üç oğlu var.