Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik verilişi bərpa olundu
03 iyul 2018 23:48 (UTC +04:00)

Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik verilişi bərpa olundu

Kür və Ceyranbatan sutəmizləyici qurğularına elektrik enerjisinin verilişi bərpa olunub.

 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "APA-Economics"ə bildirib ki, qurğularda suyun emalına, paralel olaraq magistral kəmərlərin su ilə doldurulmasına başlanılıb. Onun sözlərinə görə, mərhələli şəkildə aparılan işlərin nəticəsi olaraq tam rejim sabah səhər saatlarında mümkün olacaq.

 

"Azərsu" rəsmisi qeyd edib ki, Oğuz-Qəbələ-Bakı su kəmərini qidalandıran quyulara isə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb.

# 329
avatar

APA Baycan

Oxşar yazılar