209
14:43
02 İyul 2018

Bakı-Moskva aviareysi ləngiyir

Bu gün saat 10:00-da həyata keçirməli olan 852 saylı Bakı-Moskva aviareysi 8 saat gecikmə ilə yerinə yetiriləcək.
APA -Economics”in məlumatına görə, texniki səbəblər ilə əlaqədar olaraq qeyd edilən reysin uçuşu 18:00-a qədər yubanır.
Reysin 5 saatdan çox yubanması ilə əlaqədar olaraq, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinləri lazımi hər şeylə, o cümlədən isti yeməklə təmin olunacaq.
APA