
Vaşinqton Azərbaycanın layihələrini dəstəkləyəcək
Vaşinqtonda 27-ci Dünya Qaz Konfransı çərçivəsində energetika naziri Pərviz Şahbazov ABŞ-ın enerji naziri Rick Perry ilə görüşüb.
Energetika Nazirliyindən Lent.az-a verilən məlumata görə, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq və qlobal enerji layihələrinin həyata keçirilməsində ABŞ-ın rolu ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanla ABŞ arasında strateji əlaqələrdə enerji təhlükəsizliyi mühüm yer tutur: “Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyini, Avropaya enerji ehtiyatları təchizatının diversifikasiyasını təmin edəcək layihələr həyata keçirməsi onun enerji təhlükəsizliyi sistemində əhəmiyyətini artırır”.
Rick Perry ABŞ-ın Azərbaycanın qlobal enerji layihələrinə dəstəyinin bundan sonra da davam etdiriləcəyini deyib. Energetika naziri isə öz növbəsində Azərbaycanın enerji sektorunun irimiqyaslı layihələrlə qlobal enerji məkanına inteqrasiyasında ABŞ-ın mövqeyini yüksək qiymətləndirib. Görüşdə Texas ştatının dünyanın inkişaf etməkdə olan enerj mərkəzi sayılan Hyuston şəhəri ilə Bakı arasında ortaq maraqlara əsaslanan dostluq və qardaşlıq münasibətlərinə də toxunulub. Bu münasibətlərin enerji sahəsində əməkdaşlığa da töhfə verdiyi qeyd olunub.
Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovun ABŞ Dövlət Katibinin köməkçisi, Enerji Resursları Bürosunun rəhbəri Frank Fannon, ABŞ-ın ticarət nazirinin beynəlxalq əlaqələr üzrə köməkçisi İan Paul Steff və digər yüksək səviyyəli şəxslərlə də görüşü olub.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06