172
13:48
26 İyun 2018

Baloğlan Əşrəfov konsert verəcək

Əməkdar artist Baloğlan Əşrəfovun konserti keçiriləcək.

Lent.az -ın məlumatına görə, ifaçı 8 sentyabr tarixində Yaşıl Teatrda "Mən də varam dünyada" adlı solo konsertlə çıxış edəcək.

Əməkdar Artist 3 saat boyunca öz ansambılı ilə sevilən mahnıları ilə bərabər, yeni mahnılarını da ifa edəcək.

Ənənəsinə sadiq qalaraq, Baloğlan Əşrəfov bütün mahnılarını canlı ifa edəck.

Konsertin bilet qiymətləri 10-60 AZN arasındadır.