138
13:37
25 İyun 2018

Əli Mirəliyevin qızı gəlinlərinə görə efirə çıxdı: "İşgəncə gördüyünə görə qaçıb"


“Səhər-Səhər”verilişinin növbəti qonaqları müğənniƏli Mirəliyevin oğluTaleh Mirəliyevvə qızıSamirə Mirəliyevaolub. Lent.az -ın məlumatına görə, ötən verilişdəmüğənnininnəvəsini tərk edən gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb. Efirətelefonlabağlanansənətçininqonşusu Nailə Əliyeva qalmaqalı yenidənböyüdüb.

Efirdə Mirəliyevlər ailəsini ifşa edən qonşu olduqcakəskiniddialar səsləndirib:

“Siz qıza işgəncə edirdiniz.Heç bir qadın xoşbəxt ailəsini tərk edib getməz.Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub gedib.Siz ailədə fironluq etməyi xoşlayırsız. Belə çıxır ki, sizin qızınız da ərinin üstündə fironluq edir. Necə ki, oğlunuz da Aylanı döyürdü. Taleh onu döyürdü.Bilmirdi ki,qaçırdığı qız nişanlıdır?”.


Bu sözlərin ardından Əli Mirəliyev oğlunu müdafiəyə qalxıb:

“Döyürdü, əcəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib oğlumla qaçıb” .

Daha sonra müğənninin qızı Samirə qardaşı Taleh Mirəliyevin qızı qaçırdığını yox, qızın Talehi qaçırdığı iddiasına cavab verib:

“Qız qardaşımı qaçırıb. Bilmirsiz danışırsız. Qardaşımın 19 yaşı olub. Qız Talehdən 1 yaşböyük idi. Bunların arasındamünasibətolub,amma qızı sonra nişanladılar. Biz bilməmişik. Qız bir gün zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı ikinci mərhələdə istəmirdik.Qızın da anası, atası istəmirdi. Yəni ailələr bir-birini istəmirdi. Bu qız zəng edib, qardaşıma deyib ki, mən evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq,götürüb gedib vəbunun cəzasınıda çəkib”.

Taleh Mirəliyev isə özünü belə müdafiə edib:

“Mən onu qaçırmamışam.Onu uşağımla Türkiyəyə istirahətə göndərmişəm. Sonra qayıdıbvə yenidənqaçıb Türkiyəyə. Gedib Türkiyədən tapmışam onu. Yaxşı qadın Türkiyəyə qaçar?2min kilometr gedəndə fikirləşmirdi ki, hara gedirdi?”.