124
09:04
25 İyun 2018

AŞPA-nın yay sessiyası başlayır

Bu günAvropa ŞurasıParlament Assambleyasının (AŞPA) yay sessiyası başlayır.

APA -nın xəbərinə görə, 25-29 iyun tarixlərindədavam edəcək sessiya çərçivəsində Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.

Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi Sezar Florin Predanın yerinə təyinat olacaq.

Monitorinq komitəsinin iyunun 26-da keçiriləcək iclasında isə AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidovun yerinə qurumun Serbiya üzrə həmməruzəçi təyin olunacaq.


Bundan başqa,sessiyanın ilk günündə Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkilərini izləmiş müşahidə missiyasının rəhbəri Riçard Badea seçkilərə dair hesabatını təqdim edəcək. Həmçinin yay sessiyası zamanıAŞPAyeni prezident seçəcək. Sessiyada Xorvatiya, Slovakiya baş nazirlərinin və Lüksemburqun xarici işlər nazirinin çıxışı da gözlənilir.

Suriyanın qonşu ölkələrində qaçqınların humanitar vəziyyəti,Avropa Şurasına üzv dövlətlərdə insan hüquqları müdafiəçilərinin qorunması, bu ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti, iqtisadiyyatda qadınların bilik və bacarıqlarının artırılması, Mədəni irs abidələrinin qanunsuz satışı və dağıdılması mövzuları ətrafında damüzakirələr aparılacaq.

Qeyd edək ki, AzərbaycanMilli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri,AŞPA-nın daimi nümayəndə heyətinin rəhbəriSəməd Seyidovvə bir qrup deputat da sessiyada iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdədir.

Nümayəndə heyətinin tərkibinəMilli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva,Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildir.

APA