Yenicə ailə quran türkiyəli müğənni Alişan ata olacaq. Lent.az-ın Gecce.com-a istinadən verdiyi xəbərə görə, 42 yaşlı ifaçı bu barədə sosial şəbəkədə xəbər verib. O, həyat yoldaşı Buse ilə video çəkib və həmin görüntünü öz səhifəsinə qoyub. Alişan övladının fevralda doğulacağını bildirib.
Qeyd edək ki, cütlüyün toyu mayda olub.