![[b]"Azərbaycanla bağlı birtərəfli hallar olub" - Vitse-prezident[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]"Azərbaycanla bağlı birtərəfli hallar olub" - Vitse-prezident[/b]
"Azərbaycan çox etibarlı bir tərəfdaşdır. Buna görə biz Azərbaycana ciddi dəyər verməliyik".
APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil bildirib.
Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti deyib ki, Azərbaycan beynəlxalq səviyyədə çox ciddi hörmətə layiq olan bir ölkədir: "Azərbaycan geosiyasi məsələlərdə, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynayır və oynamağa davam edəcək. Bu səbəbdən Avropa İttifaqı, Avropa Şurası Azərbaycana daha çox əhəmiyyət verir. Azərbaycanla bağlı birtərəfli hallar olub. Bunun səbəbi odur ki, Azərbaycan regiondakı bəzi siyasi hadisələrdə kimlərsə tərəfindən günahlandırılır. Bu kimi hallara tez bir zamanda son verilməlidir. Azərbaycanın bəzi siyasi oyunların qurbanına çevrilməsinə son qoyulmalıdır".
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45