55
13:42
08 İyun 2018

Rusiyanın yeni səfiri Azərbaycana gəlib

Rusiyanın Azərbaycana təyin olunmuş yeni səfiri Mixail Boçarnikov bu gün səhər saatlarında Bakıya gəlib.

Bu barədə APA -ya açıqlamasında Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Denis Apaşkin bildirib.

O, daha sonra bu barədə əlavə məlumatın veriləcəyini deyib.

Qeyd edək ki, mayın 29-da Rusiya prezidentiVladimir PutinMixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib.

M. Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri olub

O, yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.

APA