AŞPA-da nümayəndə heyətinin iki yeni üzvü təsdiqləndi
04 iyun 2018 12:26 (UTC +04:00)

AŞPA-da nümayəndə heyətinin iki yeni üzvü təsdiqləndi

Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

 

MM-dən APA-ya verilən məlumata görə, AŞPAnümayəndə heyətinin tərkibinə namizədliyi irəli sürülən deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyi qəbul edilib.

 

Onların AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

 

 

Qeyd edək ki, MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rövşən Rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

# 373
avatar

APA Baycan

Oxşar yazılar