178
10:57
29 May 2018

Əməkdar artisti heç vaxt belə görməmisiniz - TANINMAZ HALDA

Azərbaycanlı stilist Pərviz Mirzəyev əməkdar artist Ruhəngiz Musəvinin imicində dəyişiklik edib. Lent.az -ın məlumatına görə, imic ustası illərdir eyni saç rəngində və üslubunda görünən müğənninin saçlarını qaynaq vasitəsi ilə uzadıb və makiyajını da yeniləyib. Müğənnini bir çoxları bu imicdə aktrisa Dilarə Əliyevaya bənzədib. Sosial şəbəkədə yazılan rəylərdə əksəriyyət R.Musəvinin yeni imicini bəyəndiklərini qeyd ediblər.