554
17:20
25 May 2018

(R) Azər Türk Bank plastik kartlar üzrə kampaniyaya başlayır

Daim müştərilərinin rifahı və rahatlığını düşünən dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar başladığı kampaniyaları davam etdirməkdədir.

Növbəti kampaniyada plastik kartların əldə edilməsində güzəştlərin tətbiqi nəzərdə tutulmuşdur. Belə ki, 29 may-29 iyun tarixləri ərzində müştərilər ödəniş kartının dəyərinin yalnız 28 faizini ödəməklə xüsusi imkan və üstünlüklərə malik Mastercard Gold və Mastercard Platinum kartlarına sahib ola biləcəklər.

Məsələn, tarif üzrə qiyməti 100 manat olan üç illik MC Platinum kartını müştəri kampaniya müddətində cəmi 28 manat ödəməklə əldə edə bilər.

C:\Users\AgayevR\Desktop\cedvel-02.jpg

Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud http://azerturkbank.az/online/card/ ünvanına daxil olaraq onlayn sifariş vermək olar. Sifariş üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.

Qeyd edək ki, Mastercard Platinum və Mastercard Gold sifariş edən müştəri karta, müvafiq olaraq, 1000 və 500 manat və ya bu məbləğ ekvivalentində xarici valyuta mədaxil edərsə, həmin kart müştəriyə hədiyyə olunur.

Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.