![[b]Əli Əhmədov: "İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb"[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Əli Əhmədov: "İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb"[/b]
"Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 1,9 milyon yeni iş yeri yaradılıb".
"APA-Economics" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda məşğulluq dövlət strategiyasının əsasını təşkil edir.
"Son 15 il ərzində Azərbaycan əhalisi 1,5 milyon nəfər artıb. Bütövlükdə ölkəmizdə əhalinin illik artımı 120-125 min nəfərdir. Bu da hər il əmək bazarına bu qədər və bundan çox iş qüvvəsinin daxil olması deməkdir. Azərbaycan hökuməti yeni iş yerlərinin açılması, insanların layiqli işlə təmin olunması məsələsini gündəmdə saxlayır. Ölkədə işsizlik 5 faizdir. Bu, elə böyük rəqəm deyil. Əhalinin artımı ilə əlaqədar olaraq Azərbaycanda iş yerlərinin artırılması məsələsi gündəmdədir. Azərbaycanda əmək qabiliyyəti olan əhalinin sayı 5 milyona yaxındır. 4,5 milyona yaxın insan isə əməyə cəlb olunan, işləyən əhalidir. Bunlardan 1,3 milyonu isə əmək müqaviləsi bağlamış işçilərdir",- deyə Ə.Əhmədov bildirib.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48