108
10:05
14 May 2018

Azərbaycanlı aparıcı imicini dəyişdi, tanınmaz hala qaldı - VİDEO

Aparıcı Mətanət Əliverdiyeva imicində dəyişiklik etdirib. Lent.az -ın məlumatına görə, stilist Pərviz Mirzəyev aparıcını tamamilə dəyişib. O, M.Əlverdiyevanın qısa saçlarını qaynaq vasitəsi ilə uzadıb və makiyajını da fərqli bəzəyib. Bir çoxları aparıcını yeni imicdə bəyənsələr də, tənqid edənlər də tapılıb.

M. Əliverdiyeva isə tənqidlərə bu cür cavab verib: “Pərviz Mirzəyev, sənin əllərin qızıldı. Kimisi indi deyə bilər ki, yaraşmadı. Xeyr, biz bir obraz yaratmağa çalışdıq. Mətanət onsuz da adi həyatda belə görsənməyəcək. Bilmək olmaz bəlkə Pərvizlə məni Hollywooda apardılar. Dəyişiklik nəyə deyirsiz? Eyni saçda, eyni makiyajda qalmalı idim?”