57
10:57
10 May 2018

"Paşinyan Şuşaya getdiyi üçün peşman olacaq" - Bayram Səfərov

"Nikol PaşinyanŞuşaya getməklə qanun pozuntusu edib. Qarabağ Azərbaycanın ərazisidir”.

APA -nın xəbərinə görə,bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri,Şuşaİcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib: "Fikrimcə, Paşinyan ilk olaraqŞuşaya getməklə nə vaxtsa peşman olacaq. Günahsız insanların qanına bulaşmış torpağa ayaq basmaq düzgün deyil".

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının nə zaman görüşəcəyi barədə sualı cavablandıran B. Səfərov bildirib ki, bununla bağlı hər hansı yenilik yoxdur: “Ermənistanda hələ yeni hakimiyyətqurulmalıdır. Əgər orda yığılan yeni komanda və yeni baş nazir işğalçı siyasətindən əl çəkəcəksə, onlar yaşayacaqlar".

APA