144
14:37
05 May 2018

Məşhur müğənni xəstəxanalıq oldu - FOTO

Türkiyənin tanınmış müğənnisi Orxan Gəncəbay xəstəxanalıq olub. Lent.az -ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 73 yaşlı ifaçı qidadan zəhərlənib. Bu barədə müğənni Onur Akay xəbər verib. O bildirib ki, O.Gəncəbay dünən axşam evində yediyi dondurmadan zəhərlənib:

“Qarnı şişən və şiddətli başağrısı olan Gəncəbay gecə saatlarında xəstəxanaya yerləşdirilib. Səhərə qədər vəziyyəti kritik olub. Amma indi normallaşıb. Müalicəsi davam edir. Allahdan şəfa diləyirəm”.